29 İyun 2022 15:28
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Ukraynanın gücünü lazımınca qiymətləndirməməsi bizə kömək oldu”.

Teleqraf.com xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Düşünürəm ki, Ukraynanı düzgün qiymətləndirmədilər. Məncə, bu bir tərəfdən müsbətdir. Çünki bilsəydilər ki, mən qaçmayacağam, hakimiyyət yerində qalacaq, insanlar evlərini yalın əlləri ilə müdafiə etmək üçün küçələrə çıxacaqlar, müharibəyə daha yaxşı hazırlaşardılar”, - Zelenski bildirib.

Prezident bu aşağılamanın ona pis təsir etmədiyini söyləyib:

“Əksinə, bu, bizim üçün bir başlanğıc oldu. Düşmənə qalib gəlmək, dövlətimizi işğaldan azad etmək üçün bizə elə vaxt lazım idi”.


Müəllif: Mənsur Rəğbətoğlu