29 İyun 2022 20:00
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusunun briqada generalı Tahsin Hafaci Sincarın PKK terror təşkilatı və digər silahlı qruplaşmalardan təmizlənəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Anadolu”ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, sözçüsü olduğu Birgə Əməliyyat Komandanlığı Sincarın bütün təhlükəsizliyinə cavabdehdir.

“Sincar məsələsi bizim üçün önəmlidir və bununla bağlı razılaşmanın həyata keçirilməsində israrlıyıq. Sincarda heç bir qanunsuz silahlı strukturun (PKK) olmasına heç vaxt icazə verməyəcəyik. İraq ordusu oradadır və Sincarın təhlükəsizliyini təmin edir”, - general deyib.

Hafaci PKK terrorçularının İraq-Suriya sərhədindən aktiv şəkildə keçid üçün istifadə etdiklərini söyləyib:

“İraq-Suriya sərhədinə nəzarəti təmin etmişik, sərhəd xəttinə beton sədlər qoyaraq terrorçuların içəri keçməsinin qarşısını alırıq”.

Terror və şiddətdən yorulan Sincarda infrastrukturun qurulması üçün yerli və xarici şirkətlərin orada işə başlayacağını deyən general bölgədə PKK tərəfindən bağlanan dövlət idarələrinin əksəriyyətinin yenidən açıldığını və işə başladığını da diqqətə çatdırıb.

“Sincar razılaşmasının həyata keçirilməsi üçün mərkəzi hökumətlə İraq Kürd Regional Rəhbərliyi arasında əməkdaşlıq davam edir. Sincarı qeyri-qanuni silahlı birləşmələrdən təmizləyəcəyik və bu məsələdə qərarlıyıq”, - general vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu