11 Avqust 2022 23:58
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının liderlərindən olan Murat Karayılanın tapşırığı ilə Türkiyənin İstanbul şəhərinə terror aktı törətmək üçün gələn “Seydo Botan Gever” ləqəbli Mehdi Mıhçı ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, daxili işlər naziri Süleyman Soylunun verdiyi məlumata görə, Mehdi Mıhçı PKK-nın xüsusi təyinatlılarının üzvü olub, o, terorrçulara partlayışlarla bağlı təlim keçib.

Mehdi Mıhçı İstanbulda saxta şəxsiyyət vəsiqəsilə yaxalanıb.

Terrorçu ilə birlikdə daha iki nəfər saxlanılıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər