18 Avqust 2022 23:59
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın Baş naziri Sanna Marin sosial şəbəkələrə sızdırılan videosu barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, videoda baş nazirin dostları ilə rəqs etdiyi, mahnı oxuduğu, rahat və komplekssiz əyləndiyi anlar əks olunub. Şəbəkə istifadəçiləri onun narkotikin təsiri altında olduğunu iddia ediblər.

Marin yayılan videolarda narkotikin təsiri altında olmadığını bildirib: “Rəqs edirdim, mahnı oxuyurdum, narkotik istifadə etməmişdim. Alkoqoldan başqa heç nə qəbul etməmişdim”, - deyə o qeyd edib.

O əlavə edib ki, bunlar şəxsi videolar olduğu üçün açıq şəkildə yayılacağını düşünməyib.

“Mən bilirdim ki, məni çəkirlər, amma inanırdım ki, videolar özəl olduğu və qapalı məkanda çəkildiyi üçün yayımlanmayacaq”, - deyə Marin vurğulayıb.

Bildirilir ki, yayılan videoda baş nazir Finlandiyanın bir neçə ictimai xadimi ilə birlikdə görüntülənib. Onların arasında deputat İlmari Nurminen və aparıcı Tinni Vikstrem də olub.


Müəllif: Teleqraf.com