İsrail müdafiə naziri Benni Qantz Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq aktorlar tərəfindən İranla müzakirə edilən razılaşmanın pis olduğunu və Təl-Əvivin belə bir anlaşmaya qarşı olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Qantz ABŞ Prezidenti Co Baydenin iyul ayında İsrailə səfəri zamanı bu məsələni müzakirə etdiklərini və Amerika liderinin Tehranın nüvə silahı əldə etməyəcəyinə dair söz verdiyini bildirib.
Müdafiə naziri hazırda aparılan müzakirələr fonunda Baydenin bu vədi yerinə yetirə biləcəyinə əmin olmadığını söyləyib.
Digər tərəfdən, İsrail Milli Təhlükəsizlik Şurasının sədri Eyal Hulatanın amerikalı həmkarı Ceyk Sallivana ölkəsinin İranla müzakirə edilən nüvə razılaşması ilə bağlı şərtlərini çatdırmaq üçün Vaşinqtona getdiyi bildirilir.
İsrailin “Walla” xəbər saytının məlumatına görə, ABŞ son vaxtlar İsraili anlaşmanın yaxın olmadığına və Tehrana bundan sonra heç bir güzəştə getməyəcəyinə inandırmağa çalışır.