24 Avqust 2022 10:55
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Türkiyə ilə həmsərhəd olduğu Meriç bölgəsinə qaçqınların qanunsuz yolla daxil olmasının qarşısını almaq adı altında inşa etdiyi polad divarı bütün sərhəd boyu uzadacağı bildirilib.

Teleqraf.com xəbər verir ki, Baş nazir Kiryakos Mitsotakisin rəhbərliyi ilə toplanan Yunanıstanın Milli Təhlükəsizlik Şurası ölkənin dəniz və quru sərhədlərində qaçqınların qeyri-qanuni keçidlərini müzakirə edib.

İclasda Meriç bölgəsində Türkiyə ilə bütün sərhəd boyu polad hasarların mərhələli şəkildə genişləndirilməsi qərara alınıb.

Həmçinin Meriçdə sərhəd patrullarının da artırılacağı deyilib.

Afina qanunsuz keçidlərin qarşısını almaq adı altında Türkiyə ilə Yunanıstan arasındakı quru sərhədində 40 kilometr uzunluğunda polad sədd çəkib. Tikinti prosesi 2021-ci ilin avqustunda tamamlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər