29 Avqust 2022 10:35
2 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla Moskvada suriyalı həmkarı Əli Məmlük arasında görüş keçirildiyi iddia edilib.

Teleqraf.com xəbər verir ki, görüşün Rusiya müdafiə naziri Sergey Şoyqunun vasitəçiliyi ilə keçirildiyi bildirilir.

İddiaya görə, görüşdə tərəflər qarşılıqlı olaraq tələblərini biri-birilərinə çatdırıblar.

Bəşər Əsəd rejiminin əsas tələbi Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyadakı mövcudluğuna son qoymasıdır. Eyni zamanda Türkiyədən silahlı müxalifətə dəstəyin dayandırılması, Bab əl-Həva sərhəd qapısına nəzarətin onlara verilməsi tələb edilir.

Tələblər arasında beynəlxalq aləmdə sanksiyalardan yan keçmək üçün dəstək istəyi də var.

Türkiyənin Bəşər Əsəd rejimindən ən böyük tələbi isə PKK terror təşkilatının Suriya qolu olan YPG-yə qarşı ciddi mövqe sərgiləməsi ilə bağlıdır. Təhlükəsiz zonanın yaradılması, Türkiyənin dəstəklədiyi müxalifətlə danışıqların aparılması və suriyalı qaçqınların geri qaytarılmasının Ankaranın digər tələbləri arasında olduğu deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər