İsrail ordusu Suriyanın Hələb Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına raket zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
“İsrail təxminən saat 20:16-da Aralıq dənizindən Latakiyanın qərbində, Hələb Beynəlxalq Hava Limanına çoxlu raket zərbəsi endirib, nəticədə hava limanının uçuş-enmə zolağı yararsız hala düşüb”, - deyə Suriya Müdafiə Nazirliyinin bəyanatında deyilir.