Rusiyanın Kursk vilayəti atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoit öz Teleqram kanalında yazıb.
O qeyd edib ki, Qluşkovski rayonunun Volfino kəndi atəşə tutulub.
Onun sözlərinə görə, atəş nəticəsində xəsarət alan olmayıb, bir neçə evə və şəxsi avtomobilə ziyan dəyib.
Kursk vilayətində oktyabrın 22-dək terror təhlükəsi "sarı" səviyyədədir .
Bir gün əvvəl Kursk vilayətinin qubernatoru şəhər tipli Tetkino qəsəbəsinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğunu açıqlamışdı.