12 Oktyabr 2022 17:53
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto yerli televiziyaya çıxışında ölkəsinin üzvlük prosesi tamamlanmadan ABŞ və İngiltərə kimi mühüm NATOqüvvələrindən dəstək almağa başladığını bəyan edib.

Teleqraf.com-un xəbərinə görə, nazir Finlandiyaya təhlükə yaranacağı təqdirdə tərəfdaşlarından kömək alınacağını söyləyib.

O, Finlandiyanın NATO-ya üzv olması üçün hələ lazımi təsdiqi verməyən Türkiyə və Macarıstanla danışıqların davam etdiyini bildirib.Haavisto Finlandiyanın müraciətinin Macarıstan parlamentində qiymətləndirildiyini deyib.

“Xarici işlər nazirinin sözlərinə görə, bu, müəyyən vaxt aparacaq. Lakin o, Finlandiya və İsveçlə birlikdə məşğul olduqlarını və heç bir maneə görmədiklərini söyləyib”, - Haavisto qeyd edib.


Müəllif: Nemət