Rusiyalı hərbi jurnalist Semyon Peqov Donetskdə minaya düşərək yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "WarGonzo" "Telegram" kanalı məlumat yayıb.
Baş verənlərin təfərrüatı hələlik açıqlanmayıb.
Xatırladaq ki, Peqov "WarGonzo" layihəsinin müxbiri və müəllifidir.
Peqovun sağ ayağının iki barmağının sındığı, ayaqlarında kəsiklərin olduğu bildirilib.
Qeyd olunub ki, hazırda Semyon Donetsk xəstəxanasındadır və onun həyatına təhlükə yoxdur.