3 Noyabr 2022 08:29
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda son günlər ölkənin Milli Elmlər Akademiyasının (BMEA) və onun struktur bölmələrinin 44 əməkdaşı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Dövlət Təhlükəsizlik Komitəsi onları casusluqda şübhəli bilib.

DTK alimlərin ev və iş yerlərində əməliyyat tədbirləri həyata keçirib, telefon və komyuterlərini incələyiblər.

“Azadlıq” radiosunun Belarus xidmətinin BMEA-dakı mənbələri bu məlumatı təsdiqləyib. Milli Elmlər Akademiyasının rəhbərliyi “profilaktik danışıqların” aparıldığını və saxlanılanların əksəriyyətinin sərbəst buraxıldığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər