14 Noyabr 2022 18:46
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın Bali adasında ABŞ prezidenti Co Baydenlə Çinin rəhbəri Si Cinpin arasında görüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, görüş təxminən 3,5 saat davam edib.

Ağ Evdən bildirilib ki, Bayden Si Cinpinə ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini söyləyib. ABŞ və Çin rəhbərləri razılaşıblar ki, nüvə müharibəsi heç vaxt aparılmamalıdır və bu müharibədə qalib olmur. Liderlər Ukraynada nüvə silahından istifadə təhdidlərinə də qarşı çıxıblar.

Qeyd edək ki, görüşlə bağlı Çin Xarici İşlər Nazirliyi də açıqlama yayıb.

Açıqlamaya görə, Si Cinpin Baydenə Tayvanın müstəqilliyinin mümkünsüzlüyünə işarə edib. ÇXR rəhbəri, həmçinin bildirib ki, Ukrayna böhranının həlli üçün beynəlxalq birlik bir sıra şərtləri yerinə yetirməlidir.

Məlumat üçün bildirək ki, ÇXR-in sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında görüş üç saat yarımdan çox davam edib.

Görüşdə, eyni zamanda, ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ilə bağlı razılıq da əldə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər