23 Noyabr 2022 14:01
8 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə, Fransa və Almaniya (E3 ölkələri) İranın nüvə proqramını genişləndirmək üçün atdığı son addımları pisləyib.

Teleqraf.com xəbər verir ki, birgə bəyanatda İranın bu təhlükəli addımlarının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) tərəfindən də təsdiqləndiyi diqqətə çatdırılıb.

Bəyanatda bildirilib ki, İran Fordo və Natanz nüvə obyektlərində istehsal gücünü müvafiq beynəlxalq müqavilənin (JCPOA) çərçivəsindən xeyli kənara çıxararaq və zənginləşdirilmiş uranın istehsalını sürətləndirərək planını həyata keçirmək üçün mühüm addımlar atıb.

İranın Fordo yeraltı müəssisəsində hiper zənginləşdirilmiş uran (HEU) istehsalını artırmaq qərarının xüsusi narahatlıq doğurduğu vurğulanıb.

“İranın bu addımı nüvə silahlarının yayılmamasının qarşısının alınması sisteminə meydan oxumaqdır. Nüvə silahlarının yayılması ilə bağlı ciddi risklər daşıyan bu addım üçün heç bir etibarlı mülki əsaslandırma yoxdur. İranın beş ay əvvəl JCPOA ilə bağlı bütün şəffaf fəaliyyətlərini dayandırmasından sonra onun davranışları daha qorxulu xarakter alıb. İranın davam edən təhlükəli nüvə fəaliyyətləri ilə bağlı beynəlxalq tərəfdaşlarla məsləhətləşmələri davam etdirəcəyik”, - bəyanatda deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər