Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya-Ukrayna müharibəsinə münasibət bildirərkən, qarşıdurmanın tezliklə bitməyəcəyini deyib.
Teleqraf.com xəbər verir ki, Serbiya lideri rusların daha yaxşı döyüşməyə başladıqlarını iddia edib.
“Mütəxəssislərin nə dediyini başa düşmürəm, hər kəs əlindən gələni edir: Putin əlində olandan istifadə edir, başqaları da bunu edir. Nə haqq qazandırıram, nə də tənqid edirəm. Ukraynanın qalib gəldiyini düşünəndə ruslar daha yaxşı mübarizə aparmağa başladılar. Bu, daha uzun çəkəcək. Qarşıdan gələn qışın bundan daha çətin olacağını gözləyirəm. Müharibə uzun müddət davam edəcək”, - Vuçiç söyləyib.
Serbiya prezidenti tərəfləri həll yolu tapmağa çağırıb.
Vuçiçin sözləri Ukraynada etirazla qarşılanıb.