5 Dekabr 2022 09:32
28 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda “Predator” casus proqramı ilə telefon dinləmə skandalında baş qərargah rəisi Konstantinos Florosun da dinlənildiyi iddia edilir.

Teleqraf.com xəbər verir ki, Yunanıstan Kəşfiyyat Xidmətinin (EYP) bir sıra nüfuzlu şəxsləri dinlədiyi iddialarına yenisi əlavə olunub.

EYP-in bu dəfə Konstantinos Floros və general-leytenant Çaralampos Lalusisin telefonlarının dinlənildiyi bildirilir.

Müxalif “Siriza” Partiyası iddianın ortaya atılmasından sonra bəyanat yayaraq hökumətə bir sıra suallar ünvanlayıb.

Bəyanatda deyilir:

“Yunanıstan Kəşfiyyat Xidmətinin ölkə silahlı qüvvələrinin rəhbərlərini hədəfə alması doğrudurmu? Ölkənin kəşfiyyat idarəsinə rəhbərlik edən simalar və ölkənin baş naziri cənab Mitsotakis bu iddiaları təkzib edə bilərmi? Açıq cavab gözləyirik”.

Bundan əvvəl keçmiş polis rəisi Mixalis Karamalakis, təhsil və dini işlər naziri Niki Kerameus, hökumətin sözçüsü Yannis İkonomu, kəşfiyyat xidmətinin prokuroru Vasiliki Vlaxu və digər rəsmi və qeyri-rəsmi şəxslərin dinlənildiyi iddia olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər