6 Dekabr 2022 13:40
1 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uğurlu Ukrayna diplomatiyası dünyanın gündəmindən düşmək bilmir.

Teleqraf.com xəbər verir ki, bu dəfə Almaniyanın “Bild” qəzeti Türkiyə və Prezident Ərdoğanın bu yöndəki fəaliyyətinə geniş yer verib.

Nəşr Rusiya donanmasının təxminən 6 aydır Ukrayna limanlarını bağladığını, bu səbəbdən taxıl ixracının mümkün olmadığını xatırladıb və Prezident Ərdoğanın bu vaxt dövriyyəyə girdiyini qeyd edib.

Qəzet Türkiyə liderinin taxıl dəhlizi razılaşmaları ilə 400 milyon insanı ölümdən xilas etdiyini yazıb:

“İstanbul boğazları Qara dənizlə Aralıq dənizi arasında yeganə əlaqə vasitəsidir. Yəni heç bir Rusiya gəmisi Ərdoğanın icazəsi olmadan içəri girə və ya çıxa bilməz. Ərdoğan bu üstünlükdən istifadə edərək Putini iyulda Ukrayna ilə taxıl müqaviləsi imzalamağa məcbur etdi. Blokada bitdi. Bir neçə həftə sonra ilk Ukrayna yük gəmisi yola düşdü”.

Qəzet NASA-nın aylardır çəkdiyi peyk görüntülərinə əsaslanaraq, Rusiyanın işğalı səbəbindən bu il məhsulun 50 milyon tona qədər azaldığını da vurğulayıb.

“Bild” dünya üzrə 400 milyon insanın Ukrayna taxılına ehtiyacının olduğuna diqqət çəkib. Rusiyanın müharibə başlayandan bəri Ukraynadan 1 milyard dollar dəyərində 5.8 milyon ton buğda oğurladığı da iddia edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər