17 Dekabr 2022 23:45
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna səhiyyə sisteminin bərpası üçün Dünya Bankından 100 milyon avro alacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ukrayna ilə Dünya Bankı arasında 100 milyon avro məbləğində kreditin və Qlobal Maliyyələşdirmə Fondundan 10 milyon dollar məbləğində qrantın cəlb edilməsi haqqında protokol imzalanıb.

Bu pul psixi sağlamlığın qorunması və reabilitasiya, stasionar müalicənin səmərəliliyinin artırılması və sair istiqamətdə xərclənəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər