Qətər təxminən 1 ay davam edən 2022-ci il futbol üzrə dünya çempionatı zamanı ümumilikdə 1,4 milyon əcnəbi ziyarətçiyə ev sahibliyi edib.
Teleqraf.com xəbər verir ki, noyabrın 20-dən dekabrın 18-dək olan statistik məlumatları Qətərin rəsmi QNA agentliyi açıqlayıb.
Kubok matçlarını isə təxminən 3,4 milyon insan stadionlarda izləyib.
Bir oyuna düşən orta tamaşaçı sayı 53 min, ümumi tamaşaçı tutumu isə 96 faiz olub.