21 Dekabr 2022 09:53
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şərqində keçirilən üç ayrı əməliyyatda 6 İŞİD yaraqlısının ələ keçirildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, desantların cəlb olunduğu əməliyyatlar 48 saat davam edib.

Saxlanılanlar arasında İŞİD-in liderlərindən biri Əl-Zübeydinin də olduğu açıqlanıb. Sözügedən şəxsin Suriyada hücumlar planlaşdırdığı və ya onların təşkilində təşəbbüs göstərdiyi bildirilib.

Üç əməliyyatdan ikisinin Deyr əz-Zor və Hasəkə bölgələrində keçirildiyi, əməliyyatlara YPG/SDQ terrorçularının cəlb olunduğu deyilib.

Suriyada İŞİD-lə mübarizə çərçivəsində YPG/SDQ terror təşkilatına dəstək verən ABŞ hərbçilərinin sayının 900 nəfər olduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər