16 Dekabr 2014 15:05
2 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əsas məqsədimiz onlara da eyni ağrını hiss etdirməkdir”.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu “Taliban” terror təşkilatının Pakistandakı sözçüsü Məhəmməd Umar Xorasani deyib: “Pakistan ordusu tez-tez hücumlar edib, bizim qadın və uşaqlarımızı öldürür. Onlara da eyni ağrını hiss etdirmək istədik. Əsasən böyük yaşda olan şagirdləri öldürürük”.

Rəsmilər isə ümumiyyətlə məktəbdə ən böyük yaş həddinin 16 olduğunu göstərir.

13:23

Pakistanda terrorçular 500 məktəblini girov götürdü

Xəbər verdiyimiz kimi, Pakistanın Pişəvər şəhərində terrorçular hərbi məktəbə basqın edərək 500 nəfəri girov götürüb.

Teleqraf.com xəbər verir ki, rəsmi məlumatlarda öldürülənlərin sayının 130-ya, yaralıların sayı 122-yə yüksəldiyi bildirilir. Öldürülənlərdən 84-ü isə məktəblidir.

12.49

Pakistanın Pişəvər şəhərində 6 terrorçu məktəbə hücum edir.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 15 məktəbli öldürülüb, 40-ı isə yaralanıb. Terrorçular həmçinin 500 azyaşlını əsir götürüb.

Rəsmilər yaralıların vəziyyətinin ağır olması səbəbilə ölü sayının artacağını istisna etmirlər. Polis bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib. Hücumun “Taliban” terror təşkilatı tərəfindən törədildiyi güman edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər