1 Yanvar 2023 13:58
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatındakı bir məktəbdə bütün şagirdlərin gənc yaşlarında ana olması xəbəri şok effekti yaradıb.

Teleqraf.com xəbər verir ki, məktəbin adı “Linkoln Park” liseyidir, onun bütün şagirdləri 15-19 yaş arası uşaq analarıdır.

Bu fakt Texasda cinsi aktın gənc yaşlara qədər endiyini göstərir.

Mediada hamilə qalan gənclərin bəzi hekayətləri yer alıb.

...2021-ci ilin əvvəli idi, Helen həmişəkindən daha çox yemək yeyirdi. Tezliklə 15 yaşı tamam olacaq Helen iştahının niyə bu qədər artdığını izah edə bilmirdi. “Bu, normaldır?” - deyə bacısından soruşur. Bacısı ona "Ola bilər" cavabını verir.

Helen isə depressiyaya düşmüşdü, ailəsi və dostları ilə tez-tez dava salırdı. O, hamilə olduğunu ad günündə öyrənir. Tezliklə rəfiqələri ondan üz döndərir, onu hamiləliyindən “kişi tapmaq” üçün istifadə etməkdə günahlandırırlar. Nəhayət, hamiləliyinin sonuna yaxın məktəbi dəyişmək qərarına gəlir.

Liseyin divarlarında universitetə daxil olmağı təşviq edən plakatlarla analıq xidmətləri və valideynlik dərslərini təbliğ edən plakatlar yan-yana asılıb. Çünki bura erkən yaşda ana olmuş uşaqların məktəbidir. Onlardan yalnız biri olan Helenin indi 16 yaşı var və 8 aylıq körpəsi ilə məktəbə davam etməyə çalışır.

Helen kimi, Alekis də hamilə olduğunu biləndə 15 yaşında olub. Evdə üç hamiləlik testindən istifadə edib və hamısı müsbət çıxıb. Həkimə müaricət etdikdə oğlu olacağını öyrənir.

Sinif otaqlarında sıx yoldaşlıq və yaxınlıq hissi var, bu, tələbə və işçilərə adi görünsə də, kənardan gələnləri şoka salır.

ABD’de ‘Çocuk Anneler’e özel okul_128071992_mother_128071478_school


Müəllif: Yeganə Oqtayqızı