16 Yanvar 2023 10:50
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin aviasiyası rus ordusu və hava hücumundan müdafiə sistemlərinin toplanması üzərində güclü işləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş qərargahı bildirib.

Məlumata görə, Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri bir komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 6 ərazini, bir sursat anbarını və düşmənin 1 elektron döyüş texnikasını vurub:

"Son sutka ərzində düşmənin cəmləşdiyi ərazilərə 9 zərbə endirib. Düşmənin cəmləşdiyi ərazilərə 9, hava hücumundan müdafiə sistemlərinə isə 2 zərbə endirilib”.


Müəllif: Nemət

Oxşar xəbərlər