28 Yanvar 2023 09:49
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Şurası müharibə səbəbindən Rusiya iqtisadiyyatının müəyyən sektorlarını hədəfə alan sanksiyaların müddətini 31 iyul 2023-cü ilə qədər uzadılmasına qərar verib.

Teleqraf.com xəbər verir ki, məlumatı Avropa İttifaqı (Aİ) Şurası açıqlayıb.

Rusiyaya qarşı sanksiyaların ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli məhsullar da daxil olmaqla geniş miqyasda davam etdiyi vurğulanıb. Rusiyadan Aİ-yə xam neft və bəzi neft məhsullarının idxalının qadağan edildiyi də bildirilib. Bəzi Rusiya bankları beynəlxalq ödəniş sistemindən SWIFT-dən çıxarılıb və bir çox yayım təşkilatlarının fəaliyyəti dayandırılıb.

Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyaları hər 6 aydan bir uzadılır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər