Kiyevə vəd edilən dörd "Leopard 2" tankından birincisi Kanadadan Ukraynaya göndərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand deyib.
"Döyüş tankları Ukraynanın köməyinə gedir. İlk Kanada "Leopard 2" artıq yoldadır", - deyə nazir öz "Twitter" səhifəsində yazıb.
A.Anand göyərtəsində avadanlıq olan Kanada Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Halifaksdan (Yeni Şotlandiya vilayəti) havaya qalxdığını açıqlayıb.