Rusiya Ukraynaya qarşı apardığı müharibədə uduzmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolzla danışıqlara başlamazdan əvvəl deyib.
O bildirib ki, Ukraynadakı mövcud vəziyyət Avropanın gələcəyinə təsir edir:
“Biz Ukraynanı qələbəyə və onun qanuni hüquqlarının bərpasına qədər müşayiət etməkdə qərarlıyıq. Bunu tam dərk edirik. Ukraynanın hüquqlarının bərpası bu gün sülh, beynəlxalq təhlükəsizlik və hüquq uğrunda mübarizə aparan hər kəsin işidir. Biz bunu müdafiə edirik. Rusiya Federasiyası Ukraynaya hücumu və irəliləyişini davam etdirdikcə, eyni şəkildə Kiyevə də beynəlxalq dəstək artacaq. Hərbi texnikalar təcili ehtiyaclara uyğun olaraq Ukraynaya ötürülməyə davam edəcək".
Makron qeyd edib ki, Parisdən minlərlə kilometr aralıda gedən müharibə bir neçə sadə, lakin həyati vacib ideyaları müdafiə etməyə imkan verir.