NATO ölkələrinin müdafiə nazirləri Brüsseldəki mənzil-qərargahında Ukrayna Müdafiəsinə Dəstək Qrupu Toplantısından sonra bir araya gələrək bir çox məsələləri müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib.
İclasın açılışında Türkiyədə baş verən zəlzələlər nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş katib Yens Stoltenberq NATO müttəfiqləri adından bir daha Türkiyəyə zəlzələdə həyatını itirənlərə başsağlığı verib və Türkiyəyə ehtiyacı olan dəstəyi verməyə davam edəcəklərini bildirib.