22 Fevral 2023 12:34
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın müxalif Milli Hərəkat Partiyası keçmiş prezident Mixail Saaşvilinin azad edilməsi üçün paytaxt Tiflisdə qərargah yaradır.

Teleqraf.com-un xəbərinə görə, bu barədə partiyanın sədri Levan Xabeişvili məlumat verib.

O bildirib ki, indiki şəraitdə hərəkatın paytaxtda güclü olması vacibdir:

“Ona görə də paytaxtda Mixail Saakaşvilinin azadlığa buraxılması üçün qərargah açırıq. Bu qərargah həm də Vahid Milli Hərəkat Partiyasının (2001-ci ilin oktyabrında Saakaşvili tərəfindən təsis edilib – red.) Tiflisdəki mərkəzi ofisi olacaq. Yüz minlərlə tərəfdarımızı ofisimizə gəlməyə, qeydiyyatdan keçməyə və “Rus Arzusu”na (hakim “Gürcü Arzusu” Partiyasını nəzərdə tutur – red.) qarşı qələbənin iştirakçısı olmağa çağırıram.

Partiyanın Tiflisdə güclü olması üçün İrakli Nadiradzenin başçılığı ilə işçi qrup yaratdıq. Onun vəzifəsi Tiflisdə Milli Hərəkatı yenidən təşkil etmək, onun strukturunu təkmilləşdirməkdən ibarət olacaq ki, partiya həmişəkindən daha güclü olsun”.

Gürcüstanın həbsdə olan sabiq liderinin tərəfdarları onun barəsindəki həbs qərarının dəyişdirilməsini, təcili müalicə üçün xaricə getməsinə icazə verilməsini tələb edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər