27 Fevral 2023 10:44
6 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir xarici işlər naziri Sami Şükrü 10 il sonra ilk dəfə Türkiyəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada nazirin Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həmrəylik nümayiş etdirmək və başsağlığını çatdırmaq üçün bu gün Türkiyəyə səfər edəcəyi bildirilib.

Şükrünün Misirdən bir yardım gəmisinin gələcəyi Adana və Mərsin limanını ziyarət edəcəyi və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirəcəyi gözlənilir.

Misir Xarici İşlər Nazirliyi də Türkiyə və Suriyaya səfərin məqsədinin zəlzələdən sonra iki ölkə və onların qardaş xalqları ilə həmrəylik nümayiş etdirmək olduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər