İran son aylarda uranın zəngiləşdirilməsinə davam edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatında bildirilir.
Qeyd olunur ki, hazırda İranın nüvə ehtiyatı 2015-ci il sazişində nəzərdə tutulandan 18 dəfə çoxdur.
Belə ki, bu il 12 fevral tarixində İranın zənginləşmiş uran ehtiyatı 3673,7 kiloqrama bərabər olub. Halbuki, 2015-ci il tarixli razılaşmada bu hədd 202,8 kiloqram kimi göstərilib.
Məlumata görə, İran artıq uranın zəngiləşdirməsini 84 faiz artırıb ki, bu da nüvə silahı istehsalı üçün kifayətdir.