3 Mart 2023 19:00
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus məhkəməsi 2022-ci il Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Ales Bialiatskini 10 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf.com xəbər verir ki, bu haqda “Belta” agentliyi məlumat yayıb.

Bildirilib ki, Minsk məhkəməsi belarusiyalı olmayan “Vesna” hüquq müdafiə təşkilatının direktorlarına qarşı iş üzrə qərar qəbul edib.

Bialiatski və digər inzibatçıların “qaçaqmalçılıq” və “ictimai asayişi ciddi şəkildə pozan hərəkətlərə hazırlıq, təşkilatlanma və iştirak” maddələri ilə ittiham olunduğu iş üzrə məhkəmə təqsirləndirilən şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrum edib.

Buna əsasən, 2022-ci il Nobel Sülh Mükafatı laureatı Bialiatski 10 il, Valentin Stefanoviç 9 il, Vladimir Labkoviç 7 il, iclasda iştirak etməyən Dmitri Solovyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qərar dərc edildikdən sonra 10 gün ərzində şikayət verilə bilər.

Qeyd edək ki, 2022-ci il üçün Nobel Sülh Mükafatı belaruslu hüquq müdafiəçisi Ales Bialiatski ilə Rusiya və Ukraynadan olan insan haqları təşkilatları Memorial və Vətəndaş Azadlıqları Mərkəzinə verilib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər