Səudiyyə Ərəbistanı və İran bir-biri ilə hərbi qarşıdurmaya getməmək, həmçinin kəşfiyyat fəaliyyəti aparmamaq barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə cümə axşamı krallığın yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayılıb.
Səudiyyə Ərəbistanı öz ərazisindən üçüncü ölkəyə qarşı istifadəyə icazə verməmək öhdəliyini üzərinə götürüb.
Xatırladaq ki, martın 10-da İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər.