İsrailin hava hücumundan müdafiə sistemləri Dəməşq (Suriya) yaxınlığında yerləşən İranla əlaqəli hərbi obyektlərə növbəti dəfə raket zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.
Hücum zamanı bir sıra hava hədəflərinin bombardman edildiyi bildirilib.
Suriya mediası hava hücumu nəticəsində iki yaraqlının yaralandığını yazır. İngiltərədə fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə isə, hücum nəticəsində ölənlər var.
İsrail zaman-zaman bölgədə öz təhlükəsizliyinə təhdidlər yaradan İranla əlaqəli terror qruplaşmalarına və hərbi obyektlərə qarşı zəruri tədbirlər görür.