İndoneziya sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, yeraltı təkanların episentri Padanqa şəhərindən 188 kilometr qərbdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.