“ABŞ və Çin sülhə və bəşəriyyətin varlığına əsas təhlükədir, çünki onlar bir-biri ilə konfliktə başlayıblar və bu faktı tanımalıdırlar”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.
Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin hazırkı durumu son dərəcə təhlükəlidir və Birinci Dünya Müharibəsindən əvvəlki vəziyyətə bənzəyir: “O zaman da heç bir tərəfin siyasi güzəştlərə geniş imkanları yox idi. İstənilən disbalans fəlakətli nəticələrə səbəb ola bilər”.
Kissincer hesab edir ki, Tayvan üzərində hipotetik hərbi toqquşma nəticəsində həm ada, həm də dünya iqtisadiyyatı məhv olacaq və bununla mikroprosessorların təchizatı mənbələri itiriləcək.