18 May 2023 15:53
1 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifətinin Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu sabah ATA İttifaqının namizədi Sinan Oğanla görüşəcək.

Teleqraf.com xəbər verir ki, görüşün sabah keçiriləcəyi açıqlanıb.

Mayın 14-də keçirilən birinci turda 5 faiz səs toplayan Oğanın ikinci mərhələdə kimi dəstəkləyəcəyi müzakirə mövzusudur. Siyasətçinin özü anlaşacaqları təqdirdə ya Cümhur İttifaqının namizədi, Prezident Rəcəb Tayyib Ərdoğanı, ya da Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirib.

Sinan Oğan yekun qərarını mayın 19-də açıqlayacaq.

Prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər