“Öz raketlərini özünün istehsal etdiyini nəzərə alsaq, Rusiya qoşunlarının raketləri heç vaxt tükənməyəcək. Amma Rusiya müharibə başlayan bəri nisbətən daha az həcmdə raket sifarişi verməyə başlayıb, ruslar bu potensialı bərpa edə bilməyəcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Ekspert qeyd edib ki, Rusiya bu gün “X-101”, “X-555”, “Kalibr”, “İskəndər”, “X-59”, “X-31”, “X-38”, “Kinjal” və s. raketlər istehsal edə bilir.
Kovalenkonun hesablamasına görə, Rusiya martın 9-dan bəri maksimum 350 raket əldə edə bilər: “Amma mən daha çox yığımın orta göstəricisinə - 250-270 raket deməyə meylliyəm”.
Eyni zamanda ekspert xatırladıb ki, aprelin 28-dən mayın 29-dək Ukrayna səmasında müxtəlif tipli 198 raket buraxılıb, bunlardan 177-si vurulub.
Bundan əvvəl digər hərbi ekspert Oleq Jdanov ötən ilin sonunda Rusiyanın raketlərinin tükənəcəyi ilə bağlı proqnozlarının etibarsız məlumatlara əsaslandığını və yalan çıxdığını etiraf edib.
Ehtiyatda olan mayor Aleksey Hetman isə iddia edir ki, Rusiyanın Ukraynaya hücumdan əvvəl sahib olduğu raketlərin təxminən 15 faizi qalır.