8 İyun 2023 21:57
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Entoni Blinken Ər-Riyadda Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin xarici işlər nazirləri ilə İran və Suriya ilə bağlı məsələləri müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Dövlət katibi İranı bir daha Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlığa çağırıb.

Görüş iştirakçıları həmçinin, Ər-Riyad və Tehranın diplomatik münasibətləri bərpa etmək qərarını alqışlayıblar.

Görüş zamanı Suriyadakı böhranın siyasi həlli yolları da müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər