13 İyun 2023 15:09
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Şimali Atlantika Alyansı ilə Stokholm arasında iyunun 14-də keçiriləcək məsləhətləşmələrdə İsveçin NATO-ya üzv olmaq ərizəsini çətin ki, təsdiq etsin.

Teleqraf.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, İsveçin iyunun 1-dən qüvvəyə minmiş terrorizm haqqında qanuna düzəlişlərin NATO-ya qoşulma prosesini sürətləndirməyə kömək olacağına ümid etməsinə baxmayaraq, Türkiyə hakimiyyəti hələlik müvafiq ərizəni təsdiqləməyə hazır deyil.

Ankaranın fikrincə, Stokholm terrorla bağlı yeni qanununu tam şəkildə həyata keçirməlidir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər