Parisdə 12 nəfəri qətlə yetirən terrorçuların 3-ü də həbs edilib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Parisin Liberation qəzetinin internet saytı bildirib.
Liberation-un yazdığına görə, terrorçular 34, 32 və 18 yaşlarındadır. Onlar Parisin cənubundakı Jenvilye şəhərindəndirlər.
Bundan öncə isə regional "Yunion" qəzeti terrorçuların iki şəhərdə - Paris yaxınlığındakı Panten və ölkənin cənubundakı Reyms şəhərlərində olduqlarını bildirmişdi.
News Executive portalı isə terrorçuların adlarının bəlli olduğunu yazıb. Söhbət Şerif Kuaşi, Səid Kuaşi və Həmid Muraddan gedir.
Nihad