25 İyun 2023 16:39
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yevgeni Priqojin və onun “Vaqner” qrupunun Rusiyada çevriliş cəhdi Putin haqqında mifi bitirdi. Bu, Rusiya Federasiyasının və hökumətinin zəifliyini göstərdi”.

Teleqraf.com xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tacani deyib.

“Putin Rusiyasının birliyi mifi bitdi. Bu daxili eskalasiya Rusiya ordusunu parçalayır. Əgər muzdlular legionunu dəstəklədiyirsinizsə və maliyyələşdirirsinizsə, nəticələri də qaçılmaz olacaq”, - Tacani bildirib.

Onun sözlərinə görə, Priqojinin qiyamı Rusiyanın Ukraynaya qarşı müharibədə mövqeyini zəiflədib:

“Bir şeyi dəqiq demək olar: bu gün Rusiya cəbhəsi dünənkindən daha zəifdir. Ümid edirəm ki, sülh indi daha yaxındır. Rusiyanın Ukraynadakı növbəti addımlarını anlamağını gözləyirik. Bu, Putin üçün bumeranq oldu. Ruslar qalib gələ bilmədilər, “blitskriq”də uğursuz oldular. İndi hərbi aparatdakı problemlər və ziddiyyətlərin bədəlini ödəyirlər”.

Tacani Rusiyadakı son hadisələrdən sonra Ukraynanın əks-hücumunun daha da sürətlə gedəcəyinə və öz ərazi bütövlüyünü bərpa edəcəyinə ümid etdiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər