Türkiyənin xarici işlər naziri Hakan Fidan və amerikalı həmkarı Entoni Blinken arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, telefon danışığında hər iki nazir NATO-nun genişlənməsi, Vilnüsdə keçiriləcək Alyansın Liderlər Zirvəsi, BMT-nin Suriyaya transsərhəd yardım mexanizminin uzadılması və Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıb.