09:49
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən məişət avadanlıqlarının satıldığı mağazadan oğurluq edən şəxslər saxlanılıblar.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, oğurluq edən şəxslər həmin obyektdə işləyən 29 yaşlı Arif Quliyev və 57 yaşlı Nofəl Musayevdir.

Araşdırmalar zamanı onların anbardan ümumi dəyəri 48 min 615 manat olan 148 ədəd televizor və 9 ədəd paltaryuyan oğurlayaraq satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmlar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər