Özbəkistanın hazırkı dövlət başçısı Şavkat Mirziyoyev iyulun 9-da keçirilən prezident seçkilərində 87,05 faiz səslə qalib gəlib.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev bildirib.
O qeyd edib ki, Ş.Mirziyoyevi bu nəticə ilə yenidən Prezident seçilib.
Məlumata görə, digər iddiaçılar - Özbəkistan Ali Məhkəməsi sədrinin birinci müavini, “Ədalət” - Sosial Demokrat Partiyasından prezidentliyə namizəd Robaxon Maxmudov 4,43 faiz, Xalq Demokrat Partiyasının namizədi Uluqbek İnoyatov Abdşukur Xamzayev 3,74 faiz səs toplayıb.