15 İyul 2023 08:00
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbçiləri gün ərzində Tavriya istiqamətində Rusiya ordusunun bir 200-ə yaxın hərbçisini zərərsizləşdirib.

Teleqeaf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun briqada generalı, “Tavriya” əməliyyat-strateji qoşunlar qrupunun komandanı Aleksandr Tarnavski teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, ukraynalı artilleriyaçılar gün ərzində 1 177 atəş missiyasını yerinə yetiriblər.

"Son 24 saat ərzində düşmənin ölən və yaralananlarla itkiləri bir bölükdən çox olub. Düşmənin 33 hərbi texnikası məhv edilib", - Tarnavski bildirib.

Son gün ərzində eləcə də 2 zirehli döyüş maşını, 2 haubitsa ("Msta-B"), 3 ədəd D-30 haubitsası, 4 PUA, 1 özüyeriyən artilleriya qurğusu 2S7 "Peony", "Strela" zenit-raket kompleksi və s. məhv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər