"Krım körpüsündə törədilən terror aktına görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür".
Teleqraf.com RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Leonid İvlev deyir.
Deputat bildirib ki, körpüyə hücum ABŞ peyklərinin naviqasiya dəstəyi olmadan mümkün olmayacaqdı. O hesab edir ki, eyni zamanda hücumu həyata keçirən şəxslər körpüdən yalnız mülki avtomobillərin keçdiyini bilirdilər.
İvlev qeyd edib ki, bu baxımdan Rusiyanın reaksiyası sərt və tam olacaq.
Qeyd edək ki, iyulun 17-nə keçən gecə Krım körpüsü Ukraynaya məxsus iki pilotsuz təyyarənin hücumuna məruz qalıb. Nəticədə körpünün bir hissəsi zədələnib, iki nəfəri xilas etmək mümkün olmayıb. Rusiya İstintaq Komitəsi hadisəni terror aktı kimi qiymətləndirib.