"Tramp yenidən prezident seçiləcəyi təqdirdə ABŞ-ı NATO-dan çıxara bilər".
Teleqraf.com "TVBS" kanalına istinadən xəbər verir ki, bunu keçmiş prezidentin dönəmində Pentaqonun keçmiş rəhbəri olmuş Mark Esper deyib.
"Qorxuram ki, ikinci administrasiya dövründə o, bizi NATO-dan çıxaracaq. Həmçinin o ABŞ qoşunlarının Koreya və Yaponiyadan çıxarılması və ola bilsin ki, Tayvanla münasibətləri zəiflətməyimiz üzərində işləyəcək", - Esper deyib.
Esper, bununla belə, Trampın administrasiyası dövründə Çinlə münasibətləri gərginləşdirməsini və Pekini Vaşinqtonun strateji rəqibi kimi təyin etməsini tərifləyib.
Mark Esper 2019-cu ilin iyulundan 2020-ci ilin noyabrına qədər ABŞ-ın müdafiə naziri vəzifəsində çalışıb.