Çin ABŞ-la texnologiya və ya ticarət sahəsində müharibəyə girmək istəmir.
Teleqraf.com xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfiri Se Fen Aspen İnstitutunun təşkil etdiyi Təhlükəsizlik Forumunda deyib.
"Çin rəqabət bəhanəsi ilə hər cür ticarət və ya texnologiya sahəsində müharibəyə qarşıdır. Çin rəqabətdən qorxmur, amma məncə Amerikanın rəqabət anlayışı ədalətsizdir", -deyə o bildirib.
Diplomat ABŞ-Çin münasibətlərinin üzləşdiyi ciddi problemlərə də diqqət çəkib.
"Çin-ABŞ münasibətləri ciddi çətinliklər və çağırışlarla üzləşib. Düzünü desəm, Çin-ABŞ münasibətləri çətin dövrlərdən keçir", - deyə səfir əlavə edib.