Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Salih Mutlu Şəni Misirə səfir təyin edib.
Teleqraf.com xəbər verir ki, məlumatı “Resmi Gazeta” yayıb.
Qeyd edək ki, Misir bir müddət əvvəl Əmr əl-Hamamı Türkiyəyə səfir təyin edib. 2013-cü ildə Misirin seçilmiş Prezidenti, mərhum Məhəmməd Mursi hərbi yolla devrildikdən sonra Türkiyə ilə Misir arasında diplomatik əlaqələr kəsilmişdi.