Rusiyanın tanınmış hərbi ekspertlərindən biri, qondarma Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Qirkin (Strelkov) saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Rusiya təhlükəsizlik qüvvələri Qirgini ötən gün günorta saatlarında evindən aparıblar.
Rusiya mətbuatının məlumatına görə, ekstremizmə çağırışda ittiham olunan Qirkin 5 ilə qədər həbs oluna bilər.
“Strelkov” təxəllüsü ilə də tanınan Qirkinin Rusiyanın “Vaqner” muzdlu şirkətinin keçmiş əməkdaşının tələbi ilə saxlanıldığı iddia edilir.